Sərxan Hacıyev: “Bu cür tədbirlər futbolun inkişafına gətirib çıxaracaq”

Sərxan Hacıyev: “Bu cür tədbirlər futbolun inkişafına gətirib çıxaracaq”

Özbəkistanın paytaxtı Daşkənddə FIFA-nın Avropa və Mərkəzi Asiya üzrə üzv assosiasiyaları arasında əməkdaşlıq və bilik mübadiləsi seminarı keçirilib.

Fanat.Az xəbər verir ki, AFFA-nın baş katibi Sərxan Hacıyev seminarla bağlı qurumun mətbuat xidmətinə fikirlərini bölüşüb:

"Bu tədbir onunla xüsusidir ki, Avropa və Asiya federasiyaları burada iştirak edir. İki müxtəlif kontinent təcrübələrini bir-biriləri ilə bölüşürlər. Birmənalı şəkildə demək olar ki, bu cür tədbirlər futbolun inkişafına gətirib çıxaracaq.

AFFA adından FIFA-ya, Özbəkistan Futbol Federasiyasına minnətdarlığımı bildirirəm. Federasiya olaraq öz tərəfimizdən infrastruktur layihələri ilə bağlı təcrübələrimizi bölüşdük.Həmçinin, digər federasiyalardan müəyyən təcrübə topladıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər