Sərtləşdirilmiş qərarlar futbola aid deyil

Sərtləşdirilmiş qərarlar futbola aid deyil
Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün qəbul etdiyi sərtləşdirilmiş qərarlar açıq havada idman yarışlarına şamil edilməyib.
Fanat.Az-ın xəbərinə görə, bu məsələ sərtləşdirilmiş karantin müddətində (2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək) fəaliyyətinə icazə verilən sahələr siyahısında yer alıb.
Belə ki, həmin müddətdə tamaşaçıların iştirakı olmadan açıq havada rəsmi idman yarışlarının keçirilməsi, habelə beynəlxalq idman yarışlarına hazırlıq üzrə tədbirlərin təşkilinə icazə verilir.
Bu isə o deməkdir ki, futbol üzrə Azərbaycan çempionatı da daxil olmaqla açıq havada yarış keçirmək mümkün olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər