Şenol Günəş millimizin futbolçusunu Türkiyə yığmasına çağıracaq

Şenol Günəş millimizin futbolçusunu Türkiyə yığmasına çağıracaq
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Azərbaycan yığmasının futbolçusuna "göz dikib".
Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis "Trabzonspor”da çıxış edən Murat Cem Akpınarı milliyə dəvət etmək istəyir. Şenol Günəş gələcəkdə 20 yaşlı futbolçunun xidmətindən yararlanmaq niyyətindədi. Baş məşqçi bu məqsədlə onun U-21 yığmasına dəvət olunması barədə tapşırıq verəcək.
 
Qeyd edək ki, cari mövsümdə "Trabzonspor"un əsas komandasına yüksələn futbolçu Super Liqada bir qol vurub. 
Murat Cem Akpınar əvvəllər Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyunda 2 qol vurub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər