"Beşiktaş"ın baş məşqçisi Şenol Güneş komandanın yarımmüdafiəçisi Dele Alli ilə əlaqə saxlaya bilmədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Mirror" türkiyəli mütəxəssisin dediklərini belə çatdırıb:
"Biz Dele Alliyə müəyyən istirahət imkanı yaratdıq. Amma o, nəzərdə tutulan vaxtda geri qayıtmadı. Biz hazırda Delenin harada olduğunu müəyyənləşdirməyə çalışırıq".
Qeyd edək ki, martın 16-da Allinin "qartallar"ın əsas heyətində olmadığı müəyyənləşib. Bundan bir qədər sonra futbolçunun Londonda erməni əsilli amerikalı Kim Kardaşyanla görüşdüyü bəlli olub.
Nihat