"Beşiktaş"ın U-21 komandasının məşqində Gökhan Törə ilə Şenol Günəş arasında gərginlik yaşanıb.
Fanat.Az xəbər verir ki, məşq zamanı mütəxəssis narazı qaldığı futbolçuya tez-tez xəbərdarlıq edib. Ancaq bu yetərli olmayıb. Günəş onun dediklərinə məhəl qoymayan Törəyə nəhayət daha ciddi cəza verib. Belə ki, çalışdırıcı dözməyib nəhayət onu məşqdən qovub.
Futbolçunun klub tərəfindən cəzalandırılacağı da gözlənilir.
Fanat.Az