Sənan Qurbanov: "Futbolçular istədiklərimizi yerinə yetirdilər"

Sənan Qurbanov: "Futbolçular istədiklərimizi yerinə yetirdilər"
"Stressli matç oldu, hər iki komandanın turnir cədvəlindəki vəziyyəti bəlli idi".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIV tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib: "Həm biz, həm də "Səbail qapılar qarşısında qol epizodları yaratdı. Son günlər məqşlərdə ciddi hazırlaşmışdıq və oyuna nəzarət etməyə çalışdıq. İstənilən halda, sevinirəm ki, futbolçular tapşırıqları yerinə yetirdi və qalib gəldik. Üzərimizdəki psixoloji gərginliyi üstümüzdən atmaq üçün bu gün qazanılan 3 xal çox vacib idi. Futbolçularımı təbrik edirəm”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər