"Seltik"in tarixinə düşən futbolçu həbs olundu

"Seltik"in tarixinə düşən futbolçu həbs olundu

"Seltik"in argentinalı futbolçusu Alexandro Bernabei Qlazqoda həbs edilib.

Fanat.Az Britaniyanın "Daily Record" qəzetinə istinadən xəbər verir ki, o, ötən gün Şotlandiya paytaxtında saxlanılıb.

Mənbənin məlumatına görə, 21 yaşlı oyunçu sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunaraq polis bölməsinə aparılıb. Daha sonra o, məhkəməyə gəlmək şərti ilə azadlığa buraxılıb. 

İyunun sonunda 3 milyon 750 min funt sterlinq müqabilində "Seltik" ilə 2027-ci ilə qədər müqavilə imzalayan Bernabei bu klubda çıxış edən ilk argentinalı kimi tarixə düşüb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər