Ucuz qiymətə alınıb baha satılan futbolçular klublarının büdcəsinə böyük xeyir verir.
Fanat.Az indiyədək klubuna ən çox xeyir vermiş 10 futbolçunu təqdim edir:
Neymar
Alındığı qiymət: 882,2 milyon avro ("Santos"dan "Barselona"ya)
Satıldığı qiymət: 222 milyon avro ("Barselona"dan PSJ-yə)
Satışından əldə olunan gəlir: 133,8 milyon avro
Filipe Kountinyo
Alındığı qiymət: 13 milyon avro ("İnter"dən "Liverpul"a)
Satıldığı qiymət: 120 milyon avro ("Liverpul"dan "Barselona"ya)
Satışından əldə olunan gəlir: 107 milyon avro
Osman Dembele
Alındığı qiymət: 15 milyon avro ("Renn"dən "Borussiya Dortmund"a)
Satıldığı qiymət: 105 milyon avro ("Borussiya Dortmund"dan "Barselona"ya)
Satışından əldə olunan gəlir: 90 milyon avro
Qaret Beyl
Alındığı qiymət: 14,7 milyon avro ("Sautqempton"dan "Tottenhem"ə)
Satıldığı qiymət: 101 milyon avro ("Tottenhem"dən "Real"a)
Satışından əldə olunan gəlir: 86,3 milyon avro
Kriştiano Ronaldo
Alındığı qiymət: 19 milyon avro ("Sportinq"dən "Mançester Yunayted"ə)
Satıldığı qiymət: 94 milyon avro ("Mançester Yunayted"dən "Real"a)
Satışından əldə olunan gəlir: 75 milyon avro
Zinəddin Zidan
Alındığı qiymət: 3,5 milyon avro ("Bordo"dan "Yuventus"a)
Satıldığı qiymət: 77,5 milyon avro ("Yuventus"dan "Real"a)
Satışından əldə olunan gəlir: 74 milyon avro
Riyad Mahrez
Alındığı qiymət: 500 min avro ("Le Havr"dan "Lester"ə)
Satıldığı qiymət: 67,8 milyon avro ("Lester"dən "Mançester Siiti"yə)
Satışından əldə olunan gəlir: 67,3 milyon avro
Tomas Lemar
Alındığı qiymət: 4 milyon avro ("Kan"dan "Monako"ya)
Satıldığı qiymət: 70 milyon avro ("Monako"dan "Atletiko"ya)
Satışından əldə olunan gəlir: 66 milyon avro
Virgl van Diyk
Alındığı qiymət: 15,7 milyon avro ("Seltik"dən "Sautqempton"a)
Satıldığı qiymət: 78,8 milyon avro ("Sautqempton"dan "Liverpul"a)
Satışından əldə olunan gəlir: 63,1 milyon avro
Kaka
Alındığı qiymət: 8,5 milyon avro ("San Paulo"dan "Milan"a)
Satıldığı qiymət: 67 milyon avro ("Milan"dan "Real"a)
Satışından əldə olunan gəlir: 58,5 milyon avro
Fanat.Az