“Şapekoense”nin təyyarə qəzasından sağ qurtulan müdafiəçisi Elio Neto komadan ayılıb. 31 yaşlı futbolçunun ilk sualı həkimləri şoka salıb.
Belə ki, Neto özünə gələn kimi, Kolumbiyadakı həkimlərdən bunları soruşub: “Oyun necə bitdi? “Atletiko Nasional” qələbə qazandı? Mən matçda zədələndim?” Bundan sonra psixoloqlarla məsləhətləşən həkimlər hələlik həqiqəti oyunçuya deməməyi qərara alıblar. Bununla bağlı açıqlama verən “Şapekoense”nin fizioterapevti futbolçunun yavaş-yavaş özünə gəldiyini söyləyib: “Yeni bir şok yaşamaması üçün baş verənlərin Netoya deyilməməsi məsləhət bilindi. Ona həqiqəti zamanla demək lazımdı”.
Qeyd edək ki, “Şapekoense” klubunu Kolumbiyaya aparan təyyarənin qəzaya uğraması nəticəsində 81 nəfərdən 77-si vəfat etmişdi.(Apasport.az)
Fanat.Az