Samir Əliyev: "Milliyə 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq"

Samir Əliyev: "Milliyə 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq"

"10 günlük təlim-məşq toplanışında son oyunumuz idi. Şimali Makedoniya yığması ilə birinci oyundan fərqli olaraq, bu dəfə əsas heyətdə yeddi dəyişiklik etmişdik. Sevindirici haldır ki, məğlub duruma düşsək də, uşaqlar əzmkarlıq nümayiş etdirdilər, sonda qələbə qazandılar".

Fanat.Az xəbər verir ki, bunu U-19-un baş məşqçisi Samir Əliyev Türkiyənin Antalya şəhərində Şimali Makedoniyanın uyğun yaş qrupundan ibarət yığması ilə növbəti yoldaşlıq oyunundan (2:1) sonra AFFA-nın saytına deyib.

"Ümumi toplanışa gəlincə, bundan maksimum yararlanmağa çalışdıq. Fikrimcə, toplanış bizim xeyrimizə oldu. Qazaxıstanla qarşıdakı oyunlara hazırlaşırıq. Həmin toplanışa 4-5 yeni futbolçu çağırmağı planlaşdırırıq. Çempionatın oyunlarını izləyəcəyik. Millinin qapısı ilk növbədə nizam-intizamı ilə seçilən, bu formanı geyinməyə layiq olan bütün futbolçuların üzünə açıqdı”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər