"Neftçi"nin baş məşqçisi Samir Abasov komandanın 3 yeni futbolçu ilə güclənməsini istəyir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qış fasiləsinə turnir cədvəlinin lideri qismində yollanan "ağ-qaralar"ın çalışdırıcısı gələn ay heyətin gücləndirilməsini vacib sayır.
Klub rəhbərliyinə çempionluq şansının real olduğunu çatdıran Abasov uzun sürən həsrətə son qoyulması üçün komandanın gücləndirilməsinin olduqca önəmli olduğunu söyləyib. O, Bakı təmsilçisinin prezidenti Kamran Quliyevlə söhbət zamanı azı 3 yeni oyunçunun transfer edilməsini hədəflədiyini deyib. Ayı 5 min dollara oynayan Prins İbara ilə yolların ayrılmasına icarə müqaviləsinin müddətinin başa çatmasına 6 ay qalmış nail olan Abasov həm onun yerinə yeni forvard transfer edilməsini istəyib, həm də digər mövqelərə 2 oyunçu lazım olduğunu vurğulayıb.
Fanat.Az