Samir Abasov: "Futbolçular üzgündür"

Samir Abasov: "Futbolçular üzgündür"

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində səfərdə “Qəbələ”yə qarşı keçirdikləri oyunu (1:1) dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, Abasov 1:1-lik heç-heçə ilə başa çatan matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb: "Çətin səfər oyununa gəlmişdik. İki yaxşı komanda qarşılaşdı. Sadəcə, biri yüksəlişdə, digəri problemi olan kollektivdir. Bu gün qalib gəlib, qış fasiləsinə yüksək əhval-ruhiyyədə getmək istəyiridk. Oyun çox xoşuma gəldi. Futbolçular qələbə qazana bilmədiyi üçün üzgündür. Onları təbrik edirəm. Bu, bizim üçün stimul olacaq.

Transfer məsələsində əsasən yerlilərin üzərində durmuşuq. Amma vəziyyətlə əlaqədar mümkünsüz kimi görünür. İstədiyimiz yerli futbolçular var ki, onlarla balansı düzəltmək istəyirik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər