Samir 6 ay futboldan kənarlaşdırıldı

Samir 6 ay futboldan kənarlaşdırıldı
Son olaraq Türkiyənin "Antalyaspor" klubunda çıxış edən Samir Nasri UEFA tərəfindən cəzalandırılıb. Fanat.Az xəbər verir ki, dopinqdən istifadə etdiyi müəyyənləşən fransız futbolçu 6 ay futboldan kənarlaşdırılıb.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinin yaydığı açıqlamada "Samir Nasri Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısında yer alan maddədən istifadə etdiyi üçün cəzalandırılıb" deyilir. 
Qeyd edək ki, Beynəlxalq İdman Arbitaj Məhkəməsi (CAS) Samir Nasrinin UEFA tərəfindən haqqında aparılan dopinqlə bağlı araşdırmaya etirazını rədd etmişdi. Samir Nasridə 2016-cı ildə dopinq aşkarlanmışdı. Futbolçu keçmişdə istifadə etdiyi maddənin müalicə əhəmiyyəti daşıdığını və buna görə cəzalandırılmamasını tələb etmişdi.
Qeyd edək ki, Samir Nasri karyerası ərzində Fransanın "Marsel", İngiltərənin "Arsenal", Mançester Siti", İspaniyanın "Sevilya" və Türkiyənin "Antalyaspor" klublarında oynayıb. Fransa millisində 41 oyun keçirən 30 yaşlı yarımmüdafiəçi 5 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər