"Liverpul"un və Misir yığmasının hücumçusu Məhəmməd Salahın futbolçu karyerası ölkəsindəki məktəblərdə tədris ediləcək.
Fanat.Az "The Times" qəzetinə istinadən xəbər verir ki, ulduz oyunçunun karyerası ilə yanaşı, xeyriyyəçiliyi ilə bağlı materiallar da orta məktəblərin "İngilis dili" dərsliklərinə salınacaq.
Misirin milli tədris proqramını hazırlayanların məqsədi bu yolla şagirdlərin qarşılarına böyük hədəflər qoymasına yardımçı olmaqdır.
29 yaşlı Salah karyerası ərzində İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, UEFA Superkubokunun, klublararası dünya birinciliyinin və başqa turnirlərin qalibi adını qazanıb.
Nihat