"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

"Liverpul"un sabiq futbolçusu Qrem Suness "qırmızılar"ın hücumçusu Məhəmməd Salahı tənqid edib.

Fanat.Az xəbər verir ki, "Daily Star" onun dediklərini belə çatdırıb:

"Şübhəsiz, Mo özü haqda çox yüksək fikirdədir. O, "Vest Hem"lə oyunda start "11-lik"də yer almadığı üçün əsəbiləşmişdi. Salah mənim indiyədək gördüyüm ən eqoist futbolçudur. Yalnız "Vest Hem"lə oyunun sonlarında meydana çıxarkən baş məşqçi Yürgen Kloppla mübahisə etməsini nəzərdə tutmuram, o, əvvəllər də ehtiyatda qalanda bunu qəbul edə bilməyib".

Xatırladaq ki, Salah 2017-ci ildən "Liverpul"un uğurları üçün çalışır. Xari mövsüm bütün turnirlərdə 41 matça çıxan misirli 24 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər