Şahzadədən futbol klublarına 340 milyon dollarlıq yardım

Şahzadədən futbol klublarına 340 milyon dollarlıq yardım
Dünya futbolunda iqtisadi sıxıntıların getdikcə böyüdüyü bir dönəmdə Səudiyyə Ərəbistanından sevindirici xəbər gəlib.
 
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası və Ümumi İdman Komitəsindən vəliəhd şahzadə Muhammed ibn Salmanın ölkədəki futbol klublarının 340 milyon dollarlıq xarici borcunu ödəmə qərarı verdiyi bildirilib. 
 
Açıqlamada Səudiyyə Ərəbistanındakı bəzi klubların ciddi maliyyə problemiləri ilə boğuşduğu və bu mənada müdaxiləyə ehtiyac olduğu bildirilib.
 
"Əl-İttihad" başqanı Navaf Əl-Muqairn bu addımı məmnuniyyətlə qarşılayaraq "Bu addım idman klublarının hədəflərinə çatmasına önəmli bir qatqı olacaq" ifadələrini işlədib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər