Şahin Diniyev: "Bu futbolçunun oyununa çox baxmışıq"

Şahin Diniyev: "Bu futbolçunun oyununa çox baxmışıq"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev komandaya yeni transfer olunmuş Kamerun yığmasının hücumçusu Julien Ebah barədə danışıb. Fanat.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu futbolçunun oyununa çox baxmışıq. Kamerun yığmasına çağırılan bir oyunçudur. Bizim komandaya necə adaptasiya olunacağı vacibdir. Hücumda problemlərimiz var, güclənmək istəyirik. Mən elə gəlir ki, o, öz oyunu ilə transferi düzgün edib-etmədiyimizi göstərəcək”.
Julien Jeromun Premyer Liqanın 7-ci turunda yeni komandasının heyətində debüt etməsi gözlənilir. Şahin Diniyevin şans verəcəyi təqdirdə gəncəli azarkeşlər “Sumqayıt”la ev oyununda forvardı meydanda görəcəklər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər