İngiltərənin səviyyəsinə görə 2-ci liqasında - Çempionşipin 20-ci turunda azarkeş sevgisinə bariz nümunə olan olay yaşanıb.
Fanat.Az xəbər verir ki, Avropa mətbuatında və sosial şəbəkələrdə yayılan fotolar "Rotterhem Yunayted" - "Norviç Siti" (1:2) matçında çəkilib.
Belə ki, epizodların birində meydan sahiblərinin futbolçusu topu yan xətdən oyuna daxil etmək istəyib, lakin yaş "mərmi"ni qurulaya bilməyib. Belədə, "Rotterhem"in fanatlarından biri futbolkasını soyunaraq oyunçuya verib.

