"Xəzər Lənkəran”ın və Türkiyə millisinin sabiq hücumçusu Ahmet Dursun yenidən futbola qayıdıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı Dursun Türkiyənin 2-ci liqa təmsilçisi "Tokatspor”la müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat verib. Vaxtilə Türkiyə millisinin də şərəfini qorumuş Dursun, 2009/10 mövsümündə "Xəzər Lənkəran”da top qovub. Lənkəran təmsilçisindən başqa, "Kocaelispor”, "Beşiktaş”, "Antalyaspor” kimi klubların da uğurları üçün çalışmış futbolçunun son klubu "Eyüpspor” olub.
Dursun 2014-cü ildə "Eyüpspor”dan ayrıldıqdan sonra karyerasını bitirmişdi.
Fanat.Az