Ruslar ukraynalı futbolçunu komandadan qovdu

Ruslar ukraynalı futbolçunu komandadan qovdu

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan "Real Betis" - "Zenit" (0:0) görüşündə maraqlı vəziyyət yaşanıb.

Fanat.Az "Matchday"a istinadən xəbər verir ki, ispanların iki görüşün nəticəsinə görə mərhələni adladığı matçın başlamasına az qalmış “Zenit” ukraynalı stoperi Yaroslav Rakitskinin adını start heyətindən çıxarıb. 

Halbuki, o, ilkin siyahıda yer alıb. Ukraynalı futbolçu sona qədər ehtiyatda qalıb. Bununla belə, rusların Rakitskini vətəninə açıq dəstək verdiyinə görə ümumiyyətlə əsas komandadan qovduğu bildirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər