"Ötən oyun çox gözəl qələbə qazandıq. Rusiya yığması ilə oyun ərəfəsində yüksək əhval-ruhiyyədəyik. İstirahət etmişik və oyuna hazırıq. Qurban bayramında azarkeşlərimizə hədiyyə etmək istəyirik". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Ruslan Abışov deyib.
Bu gün keçirilən mətbuat konfransına qatılan Abışov rəqibin yığmamızdan üstün olduğunu bildirib: "Rusiya futbolunun səviyyəsi çox yüksəkdi. Atletik futbol oynayırlar. Onlara qarşı mübariz aparmaq bizim üçün asan olmayacaq".