Rusiyalı futbolçu Türkiyədə yoxa çıxdı

Rusiyalı futbolçu Türkiyədə yoxa çıxdı
Türkiyənin "Ankaragücü" klubunun baş məşqçisi Mustafa Kaplan "Milliyet"ə açıqlamasında komandanın hücumçusu Zaur Sadayevin millidə oyunundan sonra klubun yerləşdiyi yerə qayıtmadığını bildirib.
Fanat.Az xəbər verir ki, Kaplan Sadayev ilə əlaqə qurula bilmədiyini, telefona cavab vermədiyini vurğulayıb. 
"Artıq 7-8 gündür ki, ondan xəbər yoxdur. Bunu azarkeşlərimizə izah etmək lazımdır”, - baş məşqçi deyib.
Qeyd edək ki, Qroznının "Axmat" klubunun yetirməsi Sadayev əvvəllər Polşanın "Lex" və İsrailin "Beytar" komandalarında oynayıb. 2019-cu ildən "Ankaragücü"ünün heyətində yer alır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər