Rusiyalı futbolçu Turin klubuna keçir

Rusiyalı futbolçu Turin klubuna keçir

"Atalanta"nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk iş yerini dəyişmək üzrədir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabları üzərindən yayıb.

Xəbərə görə, indiki komandasında ümidləri doğrultmayan Rusiya millisinin üzvü karyerasını digər A Seriyası təmsilçisi "Torino"da davam etdirəcək. Mənbə 26 yaşlı futbolçunun Turin təmsilçisi ilə 4 illik anlaşma imzalayacağını bildirib.

Qeyd edək ki, Mirançuk "Atalanta"ya 2020-ci ilin payızında Moskva "Lokomotiv"indən transfer olunub. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər