Rusiya - Ukrayna böhranı futbolu da "vurdu"

Rusiya - Ukrayna böhranı futbolu da "vurdu"

Rusiya ilə Ukrayna arasındakı böhran futbola da təsir edəcək. 

Fanat.Az xəbər verir ki, İngiltərə mətbuatı belə iddia ilə çıxış edib. 

"Daily Star"ın iddiasına görə, UEFA Sankt-Peterburqda keçirməyi planlaşdırdığı UEFA Çempionlar Liqasının finalının təhlükədə olduğunu düşünür. Avropa futbol qurumu finalın yeri ilə bağlı qərarını yenidən nəzərdən keçirəcək. 

Son günlər iki ölkə arasında gərginliyin artmasının ardından UEFA-nın 2022-ci il Çempionlar Liqası finalı üçün alternativlər axtarmağa başladığı vurğulanıb. Bildirilib ki, iki ingilis komandası finala vəsiqə qazanarsa, nəhəng qarşılaşma “Uembli”də keçirilə bilər.

UEFA Çempionlar Liqasının finalının oynanılacağı stadionun yerləşdiyi şəhərə 4 milyon avroya yaxın gəlir mənbəyi yaradacağı bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər