Rusiya klubu "Real"ın sabiq futbolçusunu hədəfə aldı - 10 milyon ödəməyə hazırdır

Rusiya klubu "Real"ın sabiq futbolçusunu hədəfə aldı - 10 milyon ödəməyə hazırdır

Meksikanın "Amerika" klubunun yarımmüdafiəçisi Alvaro Fidalqo karyerasını Rusiyada davam etdirə bilər.

Fanat.Az "FOX Sports"-a istinadən xəbər verir ki, "Zenit" sabiq "Real"lını hədəfə alıb.

Mənbənin məlumatına görə, Sankt-Peterburq klubu artıq “Amerika” rəhbərliyinə futbolçunun müqaviləsində təzminat kimi göstərilən 10 milyon dolları ödəməyə hazır olduğu barədə məlumat verib.

Bununla belə, “Amerika” transferin alınacağına şübhəylə yanaşır, çünki Rusiya klubları ilə maliyyə əməliyyatları sanksiyalara görə çətinləşir.

Fidalqo 2012-ci ildə "Real Madrid"in akademiyasına qəbul olunub. O, 2018-ci ildə Madrid komandasında debüt edib, "Copa del Rey" matçında 12 dəqiqə oynayıb.

26 yaşlı ispaniyalı 2021-ci ildən "Amerika"da çıxış edir və burada 125 oyun keçirib (10 qol və 19 məhsuldar ötürmə). Onun Meksika klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər