Rusiya futbol rəsmiləri arasında ziddiyyət

Rusiya futbol rəsmiləri arasında ziddiyyət

Rusiya Premyer Liqasının (RPL) prezidenti Aşot Xaçaturyants "Ural" klubunun prezidenti Qriqori İvanovun açıqlamalarına cavab verib və vurğulayıb ki, VAR sistemi ləğv ediləcəyi halda, Rusiya futbolunda hakim səhvlərinin sayı xeyli artacaq.

Fanat.Az xəbər verir ki, "Sports.ua" saytı liqa prezidentinin dediklərini belə çatdırıb:

"İvanovun VAR ilə bağlı sözləri ağılsızlıqdır. Hansı halda olmalısan ki, bu sözləri deyəsən? Müzakirə mövzusu futbol deyil, hakimlikdirsə, deməli, futbolumuzun böyük problemləri var. VAR-ın ləğvi geriyə doğru addım olar". 

Xatırladaq ki, daha əvvəl "Ural" klubunun prezidenti RPL-i VAR sisteminin ləğvinə çağırıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər