Rusiya Futbol İttifaqının yeni prezidenti seçildi

Rusiya Futbol İttifaqının yeni prezidenti seçildi
Rusiya Futbol İttifaqının (RFİ) yeni prezidenti seçilib. Fanat.az xəbər verir ki, paytaxt Moskvada keçirilən növbədən kənar iclas zamanı Rusiyanın idman naziri Vitali Mutko yenidən RFİ-nın prezidenti olub.
O, bu vəzifəyə tək namizəd olub. Açıq şəkildə keçirilən səs vermə zamanı 393 nəfər yekdilliklə Mutkoya səs verib. Yeni seçilmiş Prezidentin səlahiyyət müddəti isə bir il olacaq.
Yeni seçkilər 2016-cı ilin sentyabr adyında keçiriləcək. Mutko həm Rusiyanın idman naziri, həm də RFİ-nın prezidenti vəzifələrində 2018-ci ilə qədər qalmaq niyyətində olduğunu bildirib.
57 yaşlı Mutko Rusiya Futbol İttifaqının prezidenti vəzifəsinə ilk dəfə 2005-ci ildə seçilib. 2008-ci ildən o Rusiya Federasiyasının gənclər, idman və turizm naziri, 2012-ci ildən isə ölkənin idman naziri vəzifəsini icra edir. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər