"Atalanta"nı "Torino"ya dəyişən Aleksey Mirançukun Turin təmsilçisindəki məvacibi açıqlanıb.
Fanat.Az "Matç TV"-yə istinadən xəbər verir ki, Rusiya millisinin üzvü icarə əsasında anlaşdığı klubda bir mövsüm üçün 1,5 milyon avro maaş alacaq. Müqavilədə müxtəlif bonuslar da nəzərdə tutulub ki, bu da Mirançuk üçün daha çox qazanmaq imkanı deməkdir.
Sazişə əsasən, "Torino" sonradan 12 milyon avro ödəyərək Alekseyin transfer hüquqlarına da yiyələnə bilər.
Nihat