Rus futbolçu ukraynalının komandasına keçmək istəmir

Rus futbolçu ukraynalının komandasına keçmək istəmir

"Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk mövsümün qalan hissəsini icarə əsasında "Cenoa"da keçirməyə razılıq verməyib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

O, ukraynalı baş məşqçi Andrey Şevçenkonun şəxsən istədiyi rus futbolçunun son sözünü demədiyini vurğulayıb.

Şevçenko ötən ilin payızından "Cenoa"nı çalışdırır. 

26 yaşlı Mirançuk "Atalanta"ya 2020-ci ildə Moskva "Lokomotiv"indən transfer olunub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər