Rus futbolçu tənqid olundu: "Beləsi öz ölkəsində qalsa yaxşıdır"

Rus futbolçu tənqid olundu: "Beləsi öz ölkəsində qalsa yaxşıdır"

"Fiorentina"nın hücumçusu Aleksandr Kokorin zəif çıxışı ilə yenə diqqətləri üzərinə çəkib. 

Fanat.Az xəbər verir ki, rus futbolçu komandasının İtaliya Kubokunun 1/16 final mərhələsində "Benevento" ilə oyununda (2:1) ən zəif oyunçusu seçilib. 

"Calciomercato" nəşrinin tanınmış jurnalisti Alberto Polverosi yerli telekanallara verdiyi açıqlamada forvardı tənqid edib: "Kokorin artıq "Fiorentina"nın heyətində meydana çıxmamalıdır. O, meydanda olanda "Fiorentina" sanki 10 nəfərlə oynayır. Mənə maraqlıdır ki, komanda onu alanda nə düşünürdü? Görəsən onu hansı nəaliyyətinə görə alıblar? Mən heç bir çempionatı aşağılamaq istəmirəm, amma belə futbolçular öz ölkəsində qalsalar, daha yaxşı olar. Gələn dəfə Vlahoviç "Fiorentina"nın əsas heyətində olmasa, televizorumu söndürəcəm".

Qeyd edək ki, bir müddət əvvəl Kokorinin zəif çıxışı barədə bir neçə İtaliya nəşri klubu və futbolçunun özünü sərt tənqid etmişdi.

Xatırladaq ki, Aleksandr Kokorin "Fiorentina"ya bu ilin yayında transfer olunub. Rus forvard komandanın heyətinə keçirdiyi 8 oyuna heç nə ilə yadda qalmayıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər