İtalyan jurnalist Pyetro Latserini "Fiorentina"da çıxış edən rusiyalı hücumçu Aleksandr Kokorininin oyununu tənqid edib.
Fanat.Az "Eurosport" saytına istinadən xəbər verir ki, tanınmış futbol insayderi Kokorindən kluba heç bir xeyir gəlməyəcəyini bildirib:
"Kokorinə güvənmək ağılsızlıqdır. Ona inananlar çox güman ki, elmi fantastika romanları yazırlar. "Fiorentina" Kokorini yayda satmalı və onun yerinə A Seriyasından təcrübəli bir hücumçu almalı idi. Bu futbolçudan kluba heç bir xeyir dəyə bilməz. Kokorin "Firoentina"nın böyük bir səhvi idi. Komanda bu səhvini yanvarda baş tutacaq qış "transfer pəncərəsi"ndə düzəltməlidir.
Kokorinin bizdə olmasına səbəb "Fiorentina"nın skautlarının kiril əlifbasını başa düşməməkləri olub".
30 yaşlı futbolçu oynadığı klubda heç bir şeylə fərqlənməyə müvəffəq olmayıb.
Xatırladaq ki, 7 turdan sonra 12 xala sahib olan "Fiorentina" hazırda A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Emin Şəmsiyev