Almaniya Regional Liqasının ən bahalı futbolçularının adları açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıda millimizin sabiq futbolçusu Rüfət Dadaşov da yer alıb.
"Reviersport.de" saytının yaydığı məlumata görə, "Şalke"nin əvəzedici komandasında çıxış edən 31 yaşlı hücumçunun qiyməti 200 min avrodur. Dadaşov 8 oyunçu ilə birlikdə 9-16-cı yerləri bölüşdürür.
Liqanın ən bahalı futbolçusu isə 1 milyon avro ilə "Köln"ün əvəzedici komandasında çıxış edən 20 yaşlı Tim Lemperledir.
Qeyd edək ki, Rüfət Dadaşov "Şalke"nin əsas komandasında da debüt edib.