Ronaldudan rəqib futbolçuya: "Sən oynamaq istəmirdin" - VİDEO

Ronaldudan rəqib futbolçuya: "Sən oynamaq istəmirdin" - VİDEO

“Əl-Nəsr”ın hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunda qarşılaşdıqları “Əl-Feyha” klubunun futbolçusu ilə gərgin anlara səbəb olub. 

Fanat.Az "Manchester Evening News"ə istinadən xəbər verir ki, heç-heçə (0:0) bitən matçdan sonra 38 yaşlı portuqaliyalı rəqib müdafiəçiylə mübahisə edib.

Yüksək səslə etirazını bildirən Ronaldu ona: "Sən oynamaq istəmirdin", - deyə irad bildirib. Az qala əlbəyaxa davaya səbəb olacaq mübahisənin böyüməsinə hər iki futbolçunun komanda yoldaşları mane olublar. Bundan sonra Kriştianu soyunub-geyinmə otağına yollanıb.

Ulduz hücumçu bu mövsüm Səudiyyə Ərəbistanında 11 oyuna çıxıb, 11 qol (4-ü penaltidən) və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər