"Mançester Yunayted"də illik 25 milyon funt sterlinq əməkhaqqı aldığı açıqlanan Kriştianu Ronaldunun maaşı İngiltərə Premyer Liqasında mübarizə aparan bir neçə klubun bütün oyunçularına ödədiyi məvacibdən çoxdur.
Fanat.Az xəbər verir ki, bunlar İngiltərə Premyer Liqasında mübarizə aparan "Norviç Siti", "Lids Yunayted" və "Brentford"dur.
"Norviç" indiki futbolçularına illik 24,2 milyon funt sterliq verirsə, "Lids" 17,9, "Brentford" 12,8 milyonla kifayətlənir.
Nihat