"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın futbolçusu Kriştianu Ronaldunun hazırlığı və forması haqda danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" niderlandlı mütəxəssisin söylədiklərini belə çatdırıb: “İndi onun nə qədər hazır olduğunu deyə bilmərəm. Ronaldu uzun müddət komanda ilə məşq etmədiyi üçün “Mançester Yunayted”in digər oyunçuları səviyyəsində deyil. Onun çox sayda oyunlara və məşqlərə ehtiyacı var".
Qeyd edək ki, Ronaldu "Mançester Yunayted"in mövsümöncəsi Tayland və Avstraliya turunu buraxıb.