Ronaldu gənc futbolçunu "sınmağa" qoymayıb - Atası danışdı

Ronaldu gənc futbolçunu "sınmağa" qoymayıb - Atası danışdı

"Yuventus"un yarımmüdafiəçisi Nikolo Facolinin atası Marko Facoli "Mançester Yunayted"in ulduzu Kriştianu Ronaldunun Turin təmsilçisində oynayarkən oğluna necə dəstək veridiyini açıqlayıb.

Fanat.Az-ın məlumatına görə, "La Gazetta dello Sport" ata Facolinin dediklərini belə çatdırıb:

"O, Nikolo ilə çox əla münasibət formalaşdırmışdı. Ronaldunun oğluma necə fantastik diqqət göstərdiyini sözlə ifadə etmək çətindir. Nikolonun ürəyində problem yarandığını eşidəndə hamımız çox qormuşduq. Övladım psioloji gərginlik içində idi. Kriştianu onunla dəfələrlə bu barədə danışdı və bildirdi ki, narahatlığa heç bir əsas yoxdur. Özünün də körpə vaxtı eyni vəziyyətə düşdüyünü, sonradan hansı səviyyədə futbol oynaya bildiyini deyərək onu "sınmağa", ruh düşkünlüyünə qapılmağa qoymadı. Nikolonu hər şeyin yaxşı olacağına, bu problemin tezliklə aradan qaldırılacağına inandırdı". 

Qeyd edək ki, 37 yaşlı Ronaldu 2018-2021-ci illər aralığında "Yuventus"da çıxış edib. "Qoca sinyora"nın forması ilə 134 matça 101 qol vuran portuqaliyalı 22 məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər