"Mançester Yunayted"in vinqeri Cessi Linqard "Yuventus"un ulduzu Kriştianu Ronaldu haqda fikirlərini bölüşüb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Linqard Ronaldunu "futbolun Maykl Cordanı" adlandırıb:
"Ronaldu karyerası ərzində hər şeyə nail olub. Bir neçə klubda oynayıb və hamısının heyətində titul qazanıb. Məncə, futbolun əsl simvolu Ronaldudu. O, futbolun Maykl Cordanıdı".
Fanat.Az