Ronaldu Ferqyuson haqda: "O, mənim "futbol atamdır"

Ronaldu Ferqyuson haqda: "O, mənim "futbol atamdır"

"Mançester Yunayted"in ulduz futbolçusu Kriştianu Ronaldu və Ser Aleks Ferqyuson maraqlı xatirələrindən danışıblar.

Fanat.Az xəbər verir ki, protuqaliyalı ulduz və sabiq baş məşqçi bu barədə klubun saytının efirində danışıblar. 

Ronaldu Ferqyuson haqda “Mən həmişə demişəm ki, o, mənim "futbol atamdır". Ser Aleks xatırlamaya bilər, amma mən unutmamışam: atam xəstəxanada idi və mən çox əziyyət çəkirdim. O, məndən nə olduğunu soruşdu və vəziyyəti öyrəndikdən sonra "Kriştianu, 2-3 günlük ora get və ailənin yanında ol", - dedi. Bu sözləri məşqçidən eşitmək mənim üçün önəmli idi”, söyləyib. 

Ferqyuson isə o günü xatırladığını bildirib: “Atasının çox xəstə olduğunu və xəstəxanaya düşdüyünü öyrəndim. Ronaldu üçün ona yaxın olmağın nə qədər önəmli  olduğunu başa düşdüm. Bəzi şeylər futboldan daha vacibdir. Həyatınızda heç vaxt klubu ailənizdən üstün tutmayın”. 

Xatırladaq ki, Kriştianu Ronaldi 2003-cü ildən 2009-cu ilə qədər Aleks Ferqyusonun rəhbərliyi altında "Mançester Yunayted"də forma geyinib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər