"Ronaldu dünyanın ən amansız futbolçusudu"

"Ronaldu dünyanın ən amansız futbolçusudu"
"Real"ın hücumameyilli yarımmüdafiəçisi Hames Rodriqes sabiq komanda yoldaşı Kriştianu Ronaldu haqqında fikirlərini bölüşüb.
Fanat.Az "Sportskeeda"ya istinadən xəbər verir ki, Hames Ronaldunu "ən amansız futbolçu" adlandırıb.
"Kriştianu Ronaldu qola həmişə "ac" olan, daim fərqlənmək istəyən oyunçudu. Bizim münasibətlərimiz əladı. Kriştianu ilə meydanda bir-birimizi çox yaxşı başa düşürdük.
Müqayisə etmək, kimin ən yaxşı olduğunu demək çətindi, çünki yaxşı oyunçuların sayı elə də az deyil. Bununla belə, məncə, Kriştianu dünyanın ən amansız futbolçusudu".
Rodriqes 2014-2018-ci illər aralığında "Real"da Ronaldu ilə birlikdə oynayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər