Uğursuz çıxışını davam etdirən "Real" son turda "Vilyarreal"a uduzuraq çempionluq şansını böyük ölçüdə itirmiş oldu. Komandanın cari mövsümdə uğursuz çıxış edən ulduzu Kriştiano Ronaldonun performansı ilə bağlı daha bir gerçək ortaya çıxıb.
Bu mövsüm komandası kimi istədiyi performansı sərgiləyə bilməyən portuqaliyalı "Vilyarreal"la oyunda qol vura bilmədi. Bu oyundan sonra onun cari mövsümkü çıxışı ilə bağlı maraqlı statistika yaymlanıb.
Həmin statistikaya görə, Ronaldo bu mövsüm La Liqada 3 və daha artıq qol vuran 66 futbolçu arasında vurduğu zərbələri ən az qola çevirən futbolçudu. La Liqada cəmi 4 qola imza atan portuqaliyalının vurduğu hər 100 zərbədən 4,6-sı qola çevirilib. Bu göstərici isə o, 66 futbolçu arasında sonuncu olub.
Fanat.Az