Ronaldodan Bekhemə: "Sən futbol tarixinin ən yaxşı yarımmüdafiəçilərindən biri idin"

Ronaldodan Bekhemə: "Sən futbol tarixinin ən yaxşı yarımmüdafiəçilərindən biri idin"
"Real"ın sabiq futbolçuları - Ronaldo və Devid Bekhem instaqram canlı yayımında söhbətləşiblər.
Fanat.Az xəbər verir ki, Devid Bekhem Ronaldo tərəfindən onun ünvanına səsləndirilən təriflərə inanmadığını bildirib:
"Dediklərini xatırlayıram: "Biz həmişə deyərdik ki, Bekhem Braziliya millisində oynaya biləcək yeganə ingilis futbolçudu". Mən heç vaxt bu sözlərinə inanmamışam, amma yenə də təşəkkür edirəm. Bunu niyə deyirəm? Çünki dünyanın ən yaxşı oyunçuları braziliyalılardı. Sən bunu yaxşı bilirsən".
Ronaldo isə Bekhemin tarixin ən yaxşı mərkəz oyunçularından biri olduğunu qeyd edib:
"Mən səmimi idim. Sən futbol tarixinin ən yaxşı yarımmüdafiəçilərindən biri idin. Topla işindən hər şey bəlli olurdu. İstədiyin yerə ötürmə verə bilirdin. Hətta mənə baxmağına da ehtiyac yox idi. Sadəcə, irəli qaçırdım və top mənə çatırdı. Bu ötürmələrə görə sənə təşəkkür borcum var".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər