"Real"ın İspaniya La Liqasının XX turunda "Deportivo" ilə oyundan əvvəl keçirilən məşqində maraqlı hal yaşanıb.
Fanat.Az xəbər verir ki, oyundan əvvəl məşq üçün tuneldən meydana çıxan Kriştianu Ronaldo ilə onları izləyən uşaq arasında maraqlı dialoq yaşanıb.
Belə ki, gənc oğlan futbolçuya "Mənim üçün sən dünyanın ən yaxşısısan, Messi isə..." deyərkən Ronaldo cümləni özü tamamlayıb. Ulduz hücumçu "Messi isə pis futbolçudur" deyərək zarafat edib.
Dialoqa müdaxilə edən başqa bir yeniyetmə futbolçu Messini dünyanın ən zəif futbolçusu adlandırıb.
Qeyd edək ki, son illlər Ronaldonu "Barselona"nın futbolçusu Lionel Messi ilə müqayisə edirlər. Portuqaliyalı ulduz isə müsahibəsində özünü dünya futbolunun tarixində ən yaxşı oyunçu olduğunu bildirib.
Xatırladaq ki, 7:1 hesablı qələbə ilə yekunlaşan "Deportivo" matçından Ronaldo dubla imza atıb.
Fanat.Az