Ronaldo məşhur ingilis futbolçunu "sındırdı" - FOTO

Ronaldo məşhur ingilis futbolçunu "sındırdı" - FOTO
"Real"ın son oyunu zamanı klubun futbolçusu Kriştiano Ronaldo 4-cü “Qızıl Top” mükafatını azarkeşlərə və mediaya təqdim edib. Bu təqdimat mərasiminə həmçinin klubun əfsanələri olan Ronaldo Nazario, Luiş Fiqo, Maykl Ouen və Gento da qatılıb.
Oyundan sonra Maykl Ouen öz sosial şəbəkə hesabından maraqlı və zarafatyana paylaşım edib, lakin bu paylaşımına da “peşman olub”.
Ouenin paylaşımına braziliyalılardan cavab gəlib.
Maykl Ouen: “Köhnə dostum Ronaldonu görənə qədər, kökəldiyimi düşünürdüm”
Ronaldo məşhur ingilis futbolçunu "sındırdı" - FOTO
Ronaldo Nazario: “Yaşadığımız dünyada mənim çəki artımımın nə dərəcədə vacib məsələ olmasına görə şokdayam”
Roberto Karlos: “Mən bu tip zarafatları sevmirəm. Ronaldo mənim yaxşı dostumdur və biz diqqətli olmalıyıq. Ronaldo barədə vacib olan şey onun bədəni deyil, onun ürəyidir. O, böyük ürəyə sahibdir”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər