Ronaldo bunu bacaran ilk futbolçudu

Ronaldo bunu bacaran ilk futbolçudu
İspaniya La Liqasının 32-ci turunda "Eybar"la qarşılaşan "Real" rəqibini 4:0 hesabı ilə darmadağın edib. 
Fanat.az xəbər verir ki, "Santiaqo Bernabeu"da keçirilən qarşılaşmada madridlilərin ulduz futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
Belə ki, sözügedən qarşılaşmada da fərqlənən portuqaliyalı vurduğu qolların sayını 30-a yüksəldib. Bununla da o, ardıcıl 6 mövsümdə 30 qol vuran ilk futbolçu olub.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər