Roberto Bordin: "Buna qorxaq, müdafiə futbolu deyirsiz?"

Roberto Bordin: "Buna qorxaq, müdafiə futbolu deyirsiz?"

Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində baş tutan "Qarabağ” – "Neftçi” oyunundan (1:1) sonra bakılıların baş məşqçisi Roberto Bordin jurnalistlər önünə çıxıb.

Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı heç-heçəyə qısa şərh verib və media mənsublarının suallarını cavablandırıb:

"Gülən üzləri görmək xoşdu. Çox güclü komanda olduğumuzu sübut etdik. Çox sayda qol imkanı yaxaladıq. Ağır oyun keçirsək də, öz oyunçularımdan razıyam".

- "Neftçi" qələbə də qazana bilərdi. Ancaq ikinci hissədə qorxaq futbolla diqqət çəkdiz... - 7-8 qol epizodu yaratdıq. Buna qorxaq, müdafiə futbolu deyirsiz? Qələbə topunu da vura bilərdik. Müdafiə futbolu oynayan komanda qol vəziyyətləri yarada bilməz.

 

- Azərbaycan klublarına əcnəbi baş məşqçilər yerli futbolun inkişafı üçün dəvət olunur. Amma Rəhman Hacıyevlə Mirabdulla Abbasov gəlmələrin kölgəsində yatır. Onların əsas heyətdə oynamamaları nə ilə bağlıdı? - Biz heyəti məşqlərə əsasən qururuq. Yerli ilə legionerə fərq qoymuruq. Mən yenə eyni qaydada məşqlərimi keçirirəm.

- Baqali Dabo ötən mövsüm bombardir olsa da, cinah hücumçusu kimi oynayır. Kvame Karikari isə mərkəzdə yer alır. Dabonun hücumun mərkəzində oynamamasının səbəbi nədi? - Dabo cinah oyunçusudu. O, həm cinahda, həm də mərkəzdə işlədi.

- "Qəbələ" ilə oyunda da rəqibinizin xeyli qol vəziyyəti olmuşdu, bu dəfə də. "Neftçi"nin bəxtinin gətirdiyini düşünmürsüz? Müdafiə xəttinizdəki anarxiyaya nə zaman son qoyulacaq? - Anarxiyadan söhbət gedə bilməz. Belə olsaydı, bu qədər hücum futbolu göstərə bilməzdik.

- Kifayət qədər gülən sima gördüyünüzü dediz. Lakin simanız kifayət qədər ciddidi. Məgər sizi bu nəticə qane etməyib? - Gülümsəməyiniz çox xoşuma gəldi. Kifayət qədər gözəl oyun göstərdik. Lazım olanda müdafiə, lazım olanda hücum futbolu sərgilədik. Oyunumuzdan razı qaldım.

- Bəs nəticədən? - Bir tərəfdən xoşbəxtəm ki, səfər oyununda heç-heçə etdik. Digər tərəfdən, qol vəziyyətlərimizi dəyərləndirə bilmədiyimizə görə üzgünəm.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər