İngiltərədə rəqibini dişləyən futbolçunun cəzası açıqlanıb.
Fanat.Az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) "Nyuport Kaunti"nin futbolçusu Rayan İnnissə 5 oyunluq cəza verib. Buna səbəb olunu "Vest Hem"in U-23 komandası ilə oyunda rəqibini dişləməsi olub.
Qeyd edək ki, "Nyuport Kaunti" Futbol Liqası Kuboku oyununda "Vest Hem"ə 4:5 hesabı ilə uduzub.
Fanat.Az