Birinci Liqanın 16-cı turunda MOİK səfərdə "İrəvan" ilə qarşılaşıb. Görüş qonaq komandanın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Hərbçilər"in baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb görüş haqda fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyunun ağır keçəcəyini düşünürdüm, çünki rəqibin güclü futbolçuları var. Onları yaxşı analiz etmişdik. Əsasən hücumda pressinq edərək rəqibə rahat futbol oynamağa imkan vermədik. Əlimizə düşən qol imkanlarından yaxşı istifadə etdik. Hesabın 7:0 olacağını düşünməsəm də, öz komandama inanırdım ki, böyük hesablı qələbə qazana bilərik. Bunun üçün sürətli, texnikalı futbolçularım var. Futbolçularımı və MOİK ailəsini təbrik edirəm. Bu qələbə gələcək oyunlara daha yaxşı hazırlaşmağımız üçün motivasiya olacaq".
Nahid Ustaclı