Rəqib komandanın futbolçularını və məşqçilərini döydülər

Rəqib komandanın futbolçularını və məşqçilərini döydülər
Türkiyə futbolunda növbəti qalmaqal baş verib. Fanat.Az xəbər verir ki, azarkeşlər və klub rəsmiləri rəqib komandanın üzvlərini döyüb.
Hadisə "1863 Boğaziçi" - "Araphanspor" matçında baş verib. Həvəskarlar liqasında baş tutan matçda qonaq komanda mövsümün ilk məğlubiyyətini alıb. Bunadək keçirdiyi 10 oyunda 30 xal qazanan "Araphanspor" 1:2 hesabı ilə yenilib. Bundan sonra aralarında klub rəsmilərinin də olduğu böyük bir qrup rəqib komandanın futbolçularını və məşqçilərini döyüb. 
İlk yarıda hakimin "Araphanspor"un qapısına penalti təyin etməsinə və futbolçusunu meydandan qovmasına qəzəblənən fanatlar onun paltardəyişmə otağına getməsinə imkan verməyib. Hakimin paltardəyişmə otağına getməsindən sonra onlar qarşılaşmanın 35 dəqiqə gec başlamasına səbəb olub. Oyun bitəndən sonra isə 200-300 nəfərlik qrup rəqibin futbolçu və məşqçilərinə hücum edib. Dava 20 dəqiqə çəkib. 
İstanbuldakı terror aktı zamanı həlak olanların dəfni səbəbindən stadiona polis göndərilmədiyindən davanın qarşısını alan olmayıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər