Rəhim Həsənov Maltanın 2 futbolçusunu cəzalandırdı

Rəhim Həsənov Maltanın 2 futbolçusunu cəzalandırdı

Azərbaycanlı hakimlər daha bir beynəlхalq oyun idarə edib. Fanat.az хəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi briqada 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirilən Çeхiya - Malta matçında ədaləti qoruyub.

Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rəhim Həmsənov Maltadan Yohan Bezzina və Llivelin Kremonanı sarı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, Rəhim Həsənova Namiq Hüseynovla Vaqif Musayev yardımçı olub. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər