Rednikin futbolçusu meydanda öldü - VİDEO

Rednikin futbolçusu meydanda öldü - VİDEO
Rumıniyanın "Dinamo" və "Vitorul" komandaları arasında oynanılan oyunda dəhşətli hadisə yaşanıb. Fanat.az xəbər verir ki, oyuna sonradan qoşulan Buxarestin "Dinamo" klubunun oyunçusu Patrik Ekenq ürək çatışmazlığından vəfat edib. 
Rumıniya 1-ci futbol liqasında baş tutan və 3-3 hesabı ilə bitən "Dinamo"-"Vitorul" oyununda meydan sahiblərinin futbolçusu Patrik Ekenq oyunun 63-cü dəqiqəsində oyuna daxil olub. 70 ci dəqiqədə anidən yerə yıxılan kamerunlu futbolçuya ilk müdaxiləni klub həkimləri edib. 26 yaşlı futbolçu daha sonra xəstəxanaya aparılıb, edilən bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ekenqin xəstəxanaya aparılmasından sonra hakim oyunu davam etdirib. Bu davranış Rumıniyada böyük etirazlara səbəb olub.
Xatırladaq ki, Buxarest "Dinamo"sunu "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik çalışdırır.
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər